Ançelotti: “Düşünürəm ki, Xavi üçün daha yaxşı olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Xavinin “Barselona”nın “sükanı arxasından” qovulmasına münasibət bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı məşqçi, “Barselona”dan ayrılmağın Xavi üçün yaxşı olacağını deyib:

“Bu, məşqçi işinin bir hissəsidir. Düşünürəm ki, Xavi bir az narahat ola bilər, çünki ilk dəfədir ki, işdən çıxarılır. Amma zaman keçdikcə onun bunu işin bir hissəsi kimi qəbul edəcəyini düşünürəm. Klubla məşqçi arasında münasibətlər çox yaxşı olmayanda, ən yaxşısı yolları ayırmaqdır. Bu, dəfələrlə başıma gəlib: “Napoli”, “Bayern”, “Çelsi”… Getmək daha yaxşıdır. Düşünürəm ki, Xavi üçün daha yaxşı olacaq. Və bu, “Barselona” üçün daha yaxşı ola bilərdi”.

“Barselona” Xavinin növbəti mövsümdə də komanda ilə işləməyə davam edəcəyini elan edəndən bir ay sonra onu istefaya göndərib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button