Ançelotti: “Real” karyeramdakı son klub olacaq”

“Real”ın baş məşqçisi Karlo Ançelotti gələcəyi haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis “Real”dan ayrıldıqdan sonra başqa komandaları çalışdırmayacağına inandığını deyib:

“Düşünürəm ki, “Real” karyeramdakı son klub olacaq. Hazırda milli komandada çalışmaq fikrində deyiləm. Çünki ən çox həzz aldığım şey üçün – gündəlik olaraq oyunçular və heyətlə işləmək üçün darıxacam”.

Bundan əvvəl Ançelottinin adı Braziliya millisi ilə hallanırdı.

İtaliyalı mütəxəssisin “Real”la hazırkı müqaviləsi 2025/2026 mövsümünün sonuna kimidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button