
Kapello: “Ümid edirəm ki, “Real” rəhbərliyi Ançelottiyə hörmət göstərəcək”
“Real”ın sabiq baş məşqçisi Fabio Kapello hazırda Madrid komandasını çalışdıran həmyerlisi Karlo Ançelottinin vəziyyəti ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssis “kral klubu”nun son uğursuzluqlarına baxmayaraq, Ançelottinin vəzifəsindən uzaqlaşdırılmayacağına ümid etdiyini bildirib:
“Ançelotti dünyanın ən uğurlu məşqçisidir, amma o belə, “Real”ın problemlərinin öhdəsindən gələ bilmir. Bu il bir çox şey yolunda getmədi. Futbolçuların zədələri, Toni Kroosun olmaması – bütün bunlar göz qabağındadır. Mən ümid edirəm ki, klub rəhbərliyi Karloya hörmət göstərəcək və onu istefaya göndərməyəcək. Elə bir hörmət ki, o, özü də bunu hiss etsin”.
Kapello 1996/97 və 2006/07 mövsümlərində “Real”ı çalışdırıb.
Bizi Facebook-da izləyin