“Çempionlar Liqasının yarımfinalında olmaqdan şadıq” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti 2013/14 mövsümündə komandasının “Bayern” üzərindəki böyük hesablı (4:0) qələbəsini xatırladıb.
Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun gözəl xatirə olduğunu bildirib:
“Əlbəttə, bu, gözəl xatirədir. Amma indi tamam başqa hekayə olacaq. İlk “döyüş”ə tam inamla yanaşırıq. Başa düşürük ki, çox güclü rəqiblə qarşılaşacağıq. Biz burada – Çempionlar Liqasının yarımfinalında olmaqdan şadıq”.
“Bayern”lə “Real” arasında ilk oyun bu gün keçiriləcək, matçın start fiti saat 23:00-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin