Ançelotti “Qarabağ”ın olduğu turnirin favoritlərini açıqladı

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti UEFA Çempionlar Liqasında əsas favorit olan komandalar haqqında danışıb.

Komanda.az “Tuttosport”-a istinadən xəbər verir ki, italiyalı məşqçi dörd komandanın adını çəkib:

“Çempionlar Liqasında həmişə çempionluğa iddialı komandalar olur. Bunlar “Real”, “Bayern”, “Mançester Siti” və PSJ-dir. Turniri daha maraqlı etmək üçün birləşdirilmiş mərhələnin tətbiqi qərarı verilib. Bu formata öyrəşməliyik”.

Çempionlar Liqasının son çempionu Fransanın PSJ klubudur. Paris komandası 2024/25 mövsümündə turnirin finalında “İnter”i 5:0 hesabıyla məğlub etmişdi.

Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Çempionlar Liqasında mübarizə aparır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button