
Ançelotti: “Real Sosyedad” oynamaq üçün həmişə çətin rəqibdir”
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya kral kubokunun yarımfinalında “Real Sosyedad”a qarşı keçirəcəkləri ilk oyun öncəsi fikirlərini bölüşüb.
Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bunun hər iki komanda üçün vacib matç olduğunu bildirib:
“Real Sosyedad” oynamaq üçün həmişə çətin rəqibdir. Bu, hər iki komanda üçün vacib matçdır. “Real Sosyedad” yaxşı futbol oynayır. Bizi maraqlı və gərgin matç gözləyir”.
“Real Sosyedad” və “Real” arasında ilk oyun bu gün San-Sebastyandakı stadionda keçiriləcək. Matçın start fiti saat 00:30-da səslənəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin