Ançelotti: “Bu, hələ son deyil”

Karlo Ançelotti “Real”ın “Arsenal”la ilk oyunda 0:3 hesablı məğlubiyyətinin son olmadığını düşünür.

Madridlilər heç vaxt UEFA Çempionlar Liqasında üç top fərqi ilə ilk oyunu məğlub olduqdan sonra turu keçməyə nail olmayıblar.

Komanda.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlər italiyalı mütəxəssisdən bu faktı şərh etməyi xahiş ediblər:

“Hər şey ilk dəfə baş verir. Bizim edə biləcəyimiz yeganə şey birləşmək və vəziyyəti dəyişməyə çalışmaqdır. “Arsenal” həqiqətən güclüdür, topa yaxşı nəzarət edir və kompakt oyun keçirirlər. Amma bu, son deyil, bunu hələ dünən demişdim”.

Turnirin yarımfinal mərhələsinə vəsiqənin taleyi 16 aprel tarixində, Madriddəki “Santyaqo Bernabeu”da həll olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button