Ançelotti: “Bu həftə oyuna yaxşı hazırlaşmışıq”
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının ikinci turunun “Valyadolid”lə qarşıdakı oyunu ilə bağlı gözləntilərini bölüşüb.
Komanda.az Madrid klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu həftə yaxşı hazılaşdıqlarını bildirib:
“Bu həftə oyuna yaxşı hazırlaşmışıq. “Malyorka” ilə matçda alınmayan şeylər üzərində işlədik. Biz nə baş verdiyini mükəmməl başa düşdük və onu düzəltməyə çalışdıq. “Valyadolid”lə oyun yaxşı sınaq olacaq”.
“Real” – “Valyadolid” matçı avqustun 25-də, “Santyaqo Bernabeu”da keçiriləcək. “Kral klubu” ilk turda səfərdə “Malyorka” ilə heç-heçə edib (1:1).
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin