
Ançelotti: “Valverde sağ cinahda oynamağı sevir”
“Real”ın baş məşqçisi Karlo Ançelotti müdafiənin cinahında yarımmüdafiəçi Federiko Valverdeni meydana çıxarmağa davam edib-etməyəcəyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, Valverdenin sağ cinahda oynamağı sevdiyini söyləyib:
“Valverde sağ cinahda oynamağı sevir, ancaq bu, fövqəladə hal idi. Lukas Vaskes qayıdacaq. Valverde bir seçim ola bilər. Unutmayın ki, Lukasın gözəl oyunları olub”.
Uruqvaylı futbolçu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında dünən “Mançester Siti” ilə keçirilən qarşılaşmada sağ cinah müdafiəçisi mövqeyində çıxış edib. Nominal yarımmüdafiəçi 90-cı dəqiqəyə qədər oynayıb, bundan sonra onu David Alaba əvəzləyib.
“Real” Çempionlar Liqasında “Mançester Siti”ni iki oyunun nəticəsinə əsasən 6:3 hesabı ilə məğlub edərək, mübarizədən kənarlaşdırıb.
Bizi Facebook-da izləyin