Ançelotti Braziliya millisinə “yox” deyib

“Real”ın baş məşqçisi Karlo Ançelotti bu yay Braziliya millisinin “sükanı arxasına” keçməkdən imtina edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, italiyalı çalışdırıcı bu qərarını şəxsən Braziliya Futbol Konfederasiyasının (CBF) prezidenti Ednaldo Rodrigesə çatdırıb.

Ançelotti hazırda Səudiyyə Ərəbistanı klublarından birindən vergi sonrası illik 50 milyon avroluq təklif üzərində düşünür. Onun “Real”la hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

Daha əvvəl xəbər verilmişdi ki, Ançelotti “Real”dan ayrılacağı təqdirdə, onun yerini Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso tuta bilər. Bununla yanaşı, Madrid klubunun rəhbərliyi onu Klublararası dünya çempionatına qədər buraxmaq istəmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button