“Zəng çaldı, qapını açdım və…”
“Real”ın müdafiəçisi Antonio Rüdiger komandanın baş məşqçisi Karlo Ançelotti ilə necə tanış olması haqda danışıb.
Komanda.az “sport1”-ə istinadən xəbər verir ki, almaniyalı futbolçu, Ançelotti ilə öz evində tanış olduğunu deyib:
“Mən Madriddəki yeni evdə ailəmlə birlikdə idim. Manqal hazırlayırdıq, sonra zəng çaldı. Qapını açdım və Ançelotti orada idi! Bizimlə oturdu, nahar etdi və ailəmlə görüşdü. O, iki saat bizimlə qaldı, həmin gün biz hər şeyi danışdıq”.
Rüdiger 2017-ci ildən çıxış etdiyi “Çelsi”dən bu yay azad agent kimi “Real”a keçib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin