Kroos karyerasını bitirmək qərarını “Real”da ilk kimə deyib?
Toni Kroos 2023/2024 mövsümündən sonra karyerasını bitirdi.
Komanda.az “The Athletic”-ə istinadən xəbər verir ki, almaniyalı sabiq yarımmüdafiəçi “Real”da futbolu tərk etmək qərarından ilk kimin xəbər tutduğu sualına cavab verib:
“Münasibətimizi nəzərə alsaq, baş məşqçi birinci idi. 2014-cü ildə gəldiyim zaman Karlo Ançelotti “Real”da ilk məşqçim olub. O, birinci bilməyə layiq idi. Elə həmin gün Florentino Peresə (klub prezidenti) və Xose Anxel Sançesə (klubun baş direktoru), daha sonra isə uzun müddət birlikdə oynadığım həmkarlarıma zəng etdim. Rəsmi açıqlamadan təxminən üç gün əvvəl komandaya xəbər verdim. Bunu gizli saxladılar, bu da məni çox sevindirdi. Məlumatın sızmasının qarşısını almaq çətindir və mənim üçün bu, vacib idi. Çünki karyeramla bağlı qərar idi”.
Kroos Almaniyada təşkil olunan 2024-cü il Avropa çempionatından sonra karyerasını başa vurub.
Bizi Facebook-da izləyin