Ançelotti Bellingemin zədəsindən danışdı
“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 12-ci turu çərçivəsində “Rayo Valyekano” ilə heç-heçədən (0:0) sonra yarımmüdafiəçi Çud Bellingemin zədəsi haqda danışıb.
Komanda.az “Football Espana”-ya istinadən xəbər verir ki, o, ingilis futbolçunun tibbi müayinədən keçəcəyini bildirib:
“Bellingemdə çiyin problemi var. Sabah o, tibbi müayinədən keçəcək. Ümid edirəm ki, o, çərşənbə günü “Braqa”ya qarşı oynaya bilər”.
“Real” 29 xalla La Liqanın turnir cədvəlində ikinci yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin