Ançelotti Bellingemlə Vinisius arasındakı insidentdən danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandanın futbolçuları Vinisius Junior və Çud Bellingem arasında yaranmış münaqişə vəziyyətini şərh edib.

Komanda.az “Madrid Universal”-a istinadən xəbər verir ki, o, futbolçular arasında bir problemin olmadığını bildirib:

“Bellingem güclü xarakterə malikdir, ona görə də, həmin epizodda Vinisiusa qəzəbləndi. Amma bu uşaqların bir-biri ilə heç bir problemi yoxdur”.

Oyunun bir epizodunda ingilis futbolçu braziliyalı oyunçuya ötürmə vermədiyi üçün əsəbiləşib.

“Real“ dünən səfərdə “Selta” ilə qarşılaşıb (2:1). Bu görüşdən sonra madridlilər 24 xal toplayaraq, İspaniya çempionatının turnir cədvəlində ikinci pillədəki yerini qoruyub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button