Ançelotti: “Barselona”nı çalışdıracağımı təsəvvür etmək mümkün deyil”

Karlo Ancelotti özünü “Barselona”nın baş məşqçisi kimi təsəvvür edə bilmir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, “Real”ın çalışdırıcısından “Barsa”nın baş məşqçisi Xavi ilə yerini dəyişməyə hazır olub-olmadığını soruşublar.

“Barselona”nı çalışdıracağımı təsəvvür etmək mümkün deyil.

Xavi və “Barselona”ya böyük hörmətim var, amma heç kimlə yerimi dəyişmək fikrində deyiləm. Çünki mən dünyanın ən yaxşı klubundayam, burada çox sevgi hiss edirəm və heç nəyi dəyişmək istəmirəm.

Biz özümüzdən razıyıq. Baxmayaraq ki, “Barselona”dan geri qalırıq. Amma onlar çox yaxşı oynayırlar.

Rəqəmlər bizə qarşı olsa da, La Liqada mübarizəmizi davam etdirəcəyik” – deyə, “Real”ın baş məşqçisi bildirib.

Madrid klubu İspaniya çempionatının turnir cədvəlində “Barselona”dan 12 xal geri qalır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button