Ançelotti: “Barselona” çox cəsur komandadır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti komandasının “Barselona” ilə İspaniya La Liqasının 11-ci tur matçına hazırlığından danışıb.

Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı belə bir qarşılaşmadan əvvəl özünü yaxşı hiss etdiyini bildirib:

“Belə bir qarşılaşmadan əvvəl özümü necə hiss edirəm? Yaxşı, motivasiya son həddədir. “El klasiko”lar rəqabətli və gərgin matçlardır, lakin onlar həm də əyləncəlidir. Azarkeşlərimiz qarşısında yaxşı çıxış etmək istəyirik. “Barselona” çox cəsur, yaxşı futbol oynayan komandadır. Biz matça yaxşı hazırlaşmalı və mümkün qədər baxımlı çıxış etməyə çalışmalıyıq”.

Oyun Madriddəki “Santyaqo Bernabeu” stadionunda keçiriləcək. Matçın start fiti oktyabrın 26-da, saat 23:00-da səslənəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button