Ançelottidən Alabanın durumu haqda açıqlama

“Real”ın baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının 25-ci turunun “Jirona” ilə oyunundan (2:0) sonra müdafiəçi David Alabanın durumundan danışıb.

Komanda.az AS nəşrinə istinadən xəbər verir ki, o, bunu deyib:

“O, 70 dəqiqə oynadı. Dizi tam qaydasındadır. Sağaldı. Təkcə dizi deyil, əzələ problemlərini də nəzərə almalısan. Çünki o, 14 aydan sonra qayıdıb”.

Avstriyalı futbolçu 2023-cü il dekabrın 18-də çarpaz bağlarından zədə alıb. O, bir ildən çox vaxtdan sonra, 2024-cü ilin dekabrında ümumi komandaya qayıdıb.

Alaba “Real”a keçməzdən əvvəl “Bayern”də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button