“Qarşıdakı mövsümdə Bellingemin oyunundan həzz alacağıq” – Ançelotti
“Real”ın baş məşqçisi Karlo Ançelotti “Milan”la yoldaşlıq görüşündən sonra (3:2) yarımmüdafiəçi Çud Bellingemin çıxışı haqda danışıb.
Komanda.az “Marca” nəşrinə istinadən xəbər verir ki, o, ingiltərəli futbolçunun yaxşı oynadığını söyləyib:
“Bellingem yaxşı oynadı. Onun fərdi bacarıqları komandanın keyfiyyəti ilə üst-üstə düşür. Qarşıdakı mövsümdə Çud Bellingemin oyunundan həzz alacağıq”.
İtaliyalı mütəxəssis yarımmüdafiəçi Brahim Diasdan da söz açıb:
“Brahim 10 nömrə mövqeyində oynamaq bacarığına sahibdir. Onun qarşıdakı mövsümdə komanda üçün uğurlu olacağına inanıram”.
İspaniya klubu Kərim Benzemanın komandanı tərk etməsindən sonra ilk dəfə 4-3-1-2 taktiki sxemində oynayıb.
La Liqa təmsilçisi növbəti yoldaşlıq görüşü çərçivəsində iyulun 27-də “Mançester Yunayted”lə, “Milan” isə iyulun 28-də “Yuventus”la qarşılaşacaq.
Bizi Facebook-da izləyin