
Oğul ataya kömək edəcək – Yeni işində
Braziliya millisinin gələcək baş məşqçisi Karlo Ançelotti yeni mərhələyə təkbaşına başlamayacaq.
Komanda.az AS-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisə uzun illərdir köməkçisi olan oğlu Davide Ançelotti də qoşulacaq.
Davide Ançelotti atasının rəhbərliyi altında Braziliya millisinin ilk iki oyununda – 6 iyun Ekvador və 10 iyun tarixlərində Paraqvay yığmalarına qarşı matçlarda məşqçilər heyətində yer alacaq. Hazırda “Real”da atasının köməkçisi kimi çalışan Davide Ançelotti komandanın məşq prosesi və taktiki hazırlığında əsas fiqurlardan biridir.
Bundan əlavə, mövsüm başa çatdıqdan və Karlo Ançelotti “Real”dan ayrıldıqdan sonra Davide Ançelottinin müstəqil məşqçilik karyerasına başlamağı planlaşdırdığı da bildirilir. 34 yaşlı mütəxəssisin artıq Avropa və Səudiyyə Ərəbistanından təkliflər aldığı qeyd olunur. Oğul Ançelotti üçün ən maraqlı variant Şotlandiyanın “Reyncers” klubudur. Ona orada baş məşqçi postu təklif oluna bilər.
Bizi Facebook-da izləyin



