
Kurtuanın problemi var
“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 27-ci turunda “Rayo Valyekano” ilə matçda (2:1) ingiltərəli yarımmüdafiəçi Çud Bellingemin çıxışını şərh edib, həmçinin qapıçı Tibo Kurtuanın sağalma müddətindən danışıb.
Komanda.az “kral klubu”nun rəsmi saytına istinadən xəbər verir ki, italiyalı çalışdırıcı Bellingemin yenidən yaxşı formada olduğunu bildirib:
“Bellingem yenidən yaxşı formadadır. Kurtuanın bir az problemi var, amma düşünürəm ki, növbəti oyuna qədər sağalacaq. Bellingemin çıxışı yaxşı idi. Dediyim kimi, ilk hissəni çox bəyəndim, çünki çox pressinq etdik. Topu ələ keçirdikdən sonra hesabı 3:0-a çatdıra bilərdik, intensiv və keyfiyyətli oynadıq. İkinci hissədə səviyyəmizi aşağı saldıq”.
“Real” növbəti oyununda, martın 12-də UEFA Şempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında səfərdə “Atletiko” ilə qarşılaşacaq. İlk oyun “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bizi Facebook-da izləyin



