Ançelotti həbs oluna bilər!
İspaniya prokurorluğu “Real”ın baş məşqçisi Karlo Ançelottiyə vergidən yayındığına görə 5 ilə yaxın həbs cəzası istəyib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, italyan mütəxəssis 2014-2015-ci illər aralığında 1 milyon avro vergidən yayınıb. Dövlət orqanları 64 yaşlı baş məşqiçiyə 4 il 9 ay həbs cəzası istəyib.
Ançelotti 2013-2015-ci illərdə Madrid klubunda çalışıb. O, 2021-ci ilin iyulunda “kral klubu”na qayıdıb.
“Real” İspaniya çempionatının 27 turundan sonra 66 xalla turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin