Anatoli Nuriyev üçün yeni baş məşqçi
Ukraynanın “Minay” komandasının yeni baş məşqçisi müəyyənləşib.
Komanda.az xəbər verir ki, bir neçə gün öncə Vasili Kobinlə yollarını ayıran Premyer Liqa təmsilçisini bundan sonra Mikola Tsimbal çalışdıracaq.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Klub rəhbərliyi komandanı bu vaxta qədər “Minay”da müxtəlif vəzifələrdə çalışmış Tsimbala tapşırmağı daha məqsədəuyğun hesab edib.
Azərbaycan millisinin hücumçusu Anatoli Nuriyevlə digər həmyerlimiz Rüstəm Əhmədzadə də “Minay”da çıxış edir. Sözügedən komanda bu mövsüm Premyer Liqada keçirdiyi 18 oyunda cəmi 14 xal toplaya bilib və 14 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin