Anası tualet təmizləyib, özü isə maşın yuyub

“İnter Mayami”nin hücumçusu Luis Suares çətin uşaqlıq illəri haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, uruqvaylı forvard uşaqlıq illərinin çox çətin keçdiyini deyib:

“Çox çətin idi, çox. Biz ailədə altı nəfər idik – bacı-qardaş, hamını doyurmaq çətin idi.

Valideynlərimiz ayrıldı və anam tək işləyirdi – ticarət mərkəzində tualetləri təmizləyirdi. 9-10 yaşım olanda onun qazandığı pulu qazanmalı idim ki, yemək yeyib, alış-veriş edə bilək.

Çətinliklər həmişə çox olub. Evə pul gətirmək üçün maşın yuyurdum. O vaxtlar insanlar telefon kartlarını istifadə etdikdən sonra küçələrdə qoyub gedirdilər. Onları alıb yığan bir adam var idi. Gedib kartları toplayıb ona satırdım.

Uşaqlıqda çox şey qurban verdim və peşman deyiləm. Çünki həyatda qalmaq və özümü qidalandırmaq üçün bacarıqlı olmalıydım”.

Suares karyerası ərzində “Liverpul”, “Barselona”, “​​Atletiko” kimi klublarda çıxış edib və Uruqvay millisinin formasını daşıyıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button