Anası oğlunun istefasına təəccüblənib

İtaliyalı mütəxəssis Roberto Mançininin anası Marianna Mançini oğlunun İtaliya millisinin baş məşqçi postundan ayrılmasına reaksiya verib.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, Mançininin anası, ən yaxın dostlarından Canluka Viallinin ölümü ilə hələ də barışa bilmədiyini də bildirib:

“Mən onun istefası barədə əvvəlcədən xəbərdar idim? Xeyr, sizə and içirəm. Bunu əmim oğlundan öyrənmişəm. Bir müddət əvvəl o, mənə zəng edib dedi ki, televiziyada Robertonun istefa verdiyini göstərdilər. Mən də təəccübləndim.

Roberto və mən heç vaxt onun işi haqqında danışmırıq. Bizim münasibətimiz həmişə belə olub. Bizim narahatçılığımız onun sağlamlığı ilə bağlıdır. İndi o, Fransada tətildədir, mən hələ də onunla danışmamışam. Bunu sonra mütləq edəcəm.

Robertonun böyük ürəyi var. Canluka Viallinin ölümü ilə heç vaxt barışmadı. Ona çox bağlı idi.

O, millidə nədənsə narahat idi? Əslində bilmirəm. Onun yerinə başqasını qoymaq qərarına gəldilər, amma kim olduğunu belə, bilmirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button