Amrabatın qardaşı: “Barselona” onun üçün bir nömrədir”
Kiprin AEK klubunun hücumçusu Nordin Amrabat qardaşı, “Fiorentina”nın yarımmüdafiəçisi Sofyan Amrabatın gələcəyindən danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qardaşının arzusunun İspaniyada oynamaq olduğunu bildirib:
“Sofyan “Vest Hem”ə gedəcək? Xeyr, o, zirvəyə çıxmaq istəyir və onun arzusu İspaniyada oynamaqdır. “Barselona” onun üçün bir nömrədir, amma Kataloniya klubunun maliyyə vəziyyətini bilirsiz. Sofyanla hələ də maraqlanan klublar var”.
Mərakeşli futbolçu 2020-ci ilin yayından İtaliya klubunda çıxış edir. Onun “Fiorentina” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədərdir. 26 yaşlı yarımmüdafiəçi bu mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin