
Amrabat İngiltərə klubu ilə müqavilə bağlayacaq – Tezliklə
“Mançester Yunayted” və “Fiorentina” Sofian Amrabatın transferi ilə bağlı razılığa gəlməyə yaxındır.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, klublar 26 yaşlı yarımmüdafiəçini 25 milyon avro və bonuslar qarşılığında transfer etmək üçün razılaşmaya yaxınlaşır. Müqavilənin tezliklə bağlanacağı gözlənilir.
Mərakeşli futbolçu 2020-ci ilin yayından İtaliya klubunda çıxış edir. Onun “Fiorentina” ilə müqaviləsi 2024-cü ilin iyun ayına qədər nəzərdə tutulub. Futbolçu ötən mövsüm “Fiorentina”nın heyətində bütün turnirlərdə 49 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin