
Amrabat İtaliya klubunun transfer siyahısındadır
“Fənərbaxça”nın yarımmüdafiəçisi Sofyan Amrabat yenidən İtaliya A Seriyasına qayıda bilər.
2024/25 mövsümündə İstanbul təmsilçisində icarə əsasında çıxış edən mərakeşli futbolçu “Fiorentina”ya qayıdıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, A Seriyası klubu “Atalanta” 28 yaşlı futbolçunu yay transfer planlarına daxil edib və yaxın zamanda onunla bağlı rəsmi addım ata bilər.
Amrabat daha əvvəl “Fiorentina” və “Verona” forması ilə İtaliya çempionatında 100-dən çox oyuna çıxıb. O, “Fənərbaxça”da isə 39 oyunda 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



