“Liverpul” “Sportinq”in baş məşqçisi ilə danışıqlara başlayıb
“Sportinq”in baş məşqçisi Ruben Amorim “Liverpul”da Yurgen Kloppu əvəz etməyə əsas namizəddir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İngiltərə klubu Xabi Alonsonun “Bayer”də qalmaq qərarını açıqlamasından dərhal sonra portuqaliyalı mütəxəssislə ilkin danışıqlara başlayıb.
Daha əvvəl mətbuatda Amorimlə bir sıra Avropa nəhənglərinin, o cümlədən “Liverpul”, “Çelsi” və “Barselona”nın maraqlandığı barədə məlumatlar yayılıb.
39 yaşlı mütəxəssis 2020-ci ilin martından “Sportinq”ə rəhbərlik edir. Amorimin “Sportinq”lə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin