“Amorimin sistemi “Mançester Yunayted”in heyətinə tamamilə uyğun deyil”

Futbol mütəxəssisi Pol Merson “Mançester Yunayted”in Ruben Amorimin rəhbərliyi altında çıxışını şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, sabiq futbolçu, Amorimin “Mançester Yunayted”ə uyğun məşqçi olmadığını bildirib:

“Amorimin üslubu narahatedicidir. O, dəyişməyəcək. Amorim dünya səviyyəli müdafiəçilərə malik “Çelsi”yə mükəmməl uyğunlaşardı. Onun sistemi “Mançester Yunayted”in heyətinə tamamilə uyğun deyil. Müdafiəçilər portuqaliyalı baş məşqçinin tələblərinə cavab vermir və yarımmüdafiədə yüksək tempi olan oyunçular yoxdur”.

Amorim ötən ilin noyabrından “Mançester Yunayted”i çalışdırır. Komanda bu mövsüm İngiltərə Premyer Liqasında 4 oyun keçirib və 4 xal qazanıb. “Qırmızı şeytanlar” hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button