“Amorimin qarşıdakı 4-5 ildə “Mançester Yunayted”in baş məşqçisi olacağını demək çətindir”

“Mançester Yunayted”in sabiq futbolçusu Ueyn Runi baş məşqçi Ruben Amorimin komandadakı işindən danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı mütəxəssisin İngiltərə klubu üçün düzgün məşqçi olub-olmadığı ilə bağlı sualı cavablandırıb:

“Bunu demək çətindir. Düşünürəm ki, kimsə “bəli, yüz faiz” deyə bilməz. Məncə, Ruben Amorimin özü də komandaya rəhbərlik edəndən bəri gördüklərimizi nəzərə alsaq, eyni sözləri deməz.

Klub mövsümlərarası fasilədə transfer bazarında yaxşı iş görüb, amma yenə də daha iki və ya üç futbolçu görmək istərdim. Amma bəli, gördüklərimizə əsasən, Amorimin qarşıdakı 4-5 il ərzində “Mançester Yunayted”in baş məşqçisi olacağını söyləmək çətindir.

Mən çox istərdim ki, o, hər şeyi öz tərəfinə çevirsin. Amma bəzən biz tələsirik, çünki “Mançester Yunayted” böyük diqqət mərkəzindədir və cari mövsümdə cəmi iki oyunu var. Narahat edən odur ki, biz keçən mövsümdə olduğu kimi, eyni şeyi edirik. Bu, narahatedicidir”.

”Qırmızı şeytanlar” Premyer Liqanın bu mövsümünün iki oyununda bir xal toplayıb. Komanda “Arsenal”a uduzub (0:1), “Fulhem”lə heç-heçə edib (1:1).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button