Amorimin “Mançester Yunayted”də hansı oyunda debüt edəcəyi məlum olub
“Mançester Yunayted” Ruben Amorimin Lissabon “Sportinq”indən baş məşqçi postuna keçidi ilə bağlı razılığa gəlib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, tərəflər anlaşıblar, ancaq bu razılaşmanın bir hissəsi kimi Amorim növbəti üç oyunu “Sportinq”in “sükanı arxasında” keçirəcək.
39 yaşlı mütəxəssis milli komandalarla bağlı fasilənin əvvəlində “qırmızı şeytanlar”ın başına keçəcək. Onun “Mançester Yunayted”in baş məşqçisi kimi debütü noyabrın 24-də, komanda Premyer Liqada “İpsviç”ə qarşı oynadığı vaxt baş tutacaq.
“Qırmızı şeytanlar” portuqaliyalı çalışdırıcı üçün 10 milyon avro ödəyəcək. Başqa bir məbləğ Amorimin məşqçilər heyəti və erkən keçid üçün nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin