“Mançester Yunayted” ondan razıdır
“Mançester Yunayted” müdafiəçisi Leni Yorodan razıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Ruben Amorim və onun məşqçilər heyəti fransalı futbolçuya heyran qalıb və onun irəliləyişindən razıdırlar.
Portuqaliyalı çalışdırıcı zədə səbəbindən uzun müddətə sıradan çıxan müdafiəçini oyun vaxtı ilə çox yükləmədən, tədricən sıraya daxil etmək istəyir. Yoro komandanın toxunulmaz oyunçularındandır.
19 yaşlı müdafiəçi bu mövsüm 8 oyunda iştirak edib. Onun “Mançester Yunayted”lə müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin