“Mançester Yunayted”in baş məşqçisinin gələcəyi ilə bağlı yeni məlumat

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorimin gələcəyi ilə bağlı yeni məlumatlar yayılıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın “Mançester Siti”yə qarşı son matçdakı ağır məğlubiyyətinə (0:3) baxmayaraq, portuqaliyalı mütəxəssis klub rəhbərliyinin dəstəyini itirməyib.

Bununla belə, “Mançester Yunayted”ə yaxın mənbə bildirir ki, Amorimin klubdakı mövqeyinin hələ də təhlükə altında olmamasını anlamaqda çətinlik çəkir.

Premyer Liqanın ilk dörd turunun nəticələrinə əsasən, “Mançester Yunayted” cəmi 4 xal toplayaraq, turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button