
Sabiq futbolçu Amorimin addımlarını “dəlilik” adlandırdı
“Mançester Yunayted”in sabiq kapitanı Rio Ferdinand baş məşqçi Ruben Amorimin mərkəz müdafiəçiləri arasında davamlı dəyişikliklər etməsini tənqid edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu cür qeyri-sabitliyin komandaya mənfi təsir göstərdiyini bildirib:
“Mən qalib gələn komandalara baxıram. Məsələn, mənim oynadığım dövrdə “Arsenal”da Toni Adams, Martin Keun, Sol Kempbell vardı. “Çelsi”də Con Terri, Rikardo Karvalyo, Vilyam Qallas, indi isə “Liverpul”da Vircil Van Dayk və İbrahima Konate. Bu komandaların hamısında eyni mərkəz müdafiəçiləri daim oynayırdı. Bu da sabitlik yaradırdı.
PSJ-ni götürün – eyni müdafiəçilər mütəmadi olaraq meydanda olur. Onlar da UEFA Çempionlar Liqasını qazandılar. Müdafiədə sabitlik qələbə şansını artırır. Amorimin etdiyi bu kəskin dəyişikliklər isə dəlilikdir. Mən futbolçu olsaydım, bundan narazı qalardım”.
Ruben Amorim bu mövsüm “Mançester Yunayted”in 6 oyunundan 5-də ən azı bir mərkəz müdafiəçisini dəyişib.
Bizi Facebook-da izləyin



