MY ispaniyalı futbolçu üçün 80 milyon avroluq təklif hazırlayır

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado “Mançester Yunayted”in transfer siyahısındadır.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, 21 yaşlı futbolçu “qırmızı şeytanlar”ın yay üçün prioritet transfer hədəflərindən biridir və o, İngiltərə klubunun baş məşqçisi Ruben Amorim tərəfindən çox bəyənilib.

Portuqaliyalı mütəxəssis hesab edir ki, Kasado meydanın mərkəzində komandanın bütün problemlərini həll edəcək, bu səbəbdən, klub artıq “Barselona”ya 80 milyon avro dəyərində ilk təklifi hazırlayır. Bu təklif “suların sınaqdan keçirilməsi” kimi qiymətləndirilir. Belə ki, bu, “Barselona”nın Kasadonun satışı ilə bağlı danışıqlara nə dərəcədə hazır olduğunu anlamağa imkan verəcək.

İspaniyalı futbolçu bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 1 qol vurub və 6 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button