Amorim 5 futbolçuya məşq bazasına gəlməyi qadağan edib

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandadan ayrılmaq istəyən futbolçularla işləmək niyyətində deyil.

Ceydon Sanço, Markus Reşford, Alexandro Qarnaço, Antoni və Tayrell Malasiya yay transfer dönəmində klubdan ayrılmaq istədiklərini rəhbərliyə bildiriblər.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı bu beş futbolçuya məşq bazasına gəlməməklə bağlı xəbərdarlıq edib. Baş məşqçi onların artıq komandanın planlarına daxil olmadığını açıq şəkildə göstərib.

Son mövsümdə Sanço, Reşford, Antoni və Malasiya müvafiq olaraq “Çelsi”, “Aston Villa”, “Betis” və PSV-də icarə əsasında çıxış ediblər. Yalnız Qarnaço “Mançester Yunayted”in heyətində qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button