
Baş məşqçidən ciddi səhvlər edən qapıçıya dəstək
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının 1/4 finalında “Lion”la cavab oyunu öncəsi qapıçı Andre Onanaya dəstək olub.
2:2 hesablı heç-heçə ilə başa çatan ilk matçda “qırmız şeytanlar”ın rəqibinə qalib gəlməsinə Onananın iki səhvi mane olub.
Komanda.az UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis komandanı çalışdırmaq üçün düzgün adam olduğunu düşünür:
“Səhvlər haqqında danışsaq, mənim rekorduma baxa bilərsiz. Bu, bizim komandada ən pisidir, mən də yaxşı deyiləm. Amma düşünürəm ki, komandanı çalışdırmaq üçün düzgün adamam və Onana üçün də eyni fikirdəyəm”.
“Lion”la ilk matçdan sonra Onana növbəti oyunlar üçün “Mançester Yunayted”in heyətinə daxil edilməyib. Komandalar arasında cavab matçı bu gün Mançesterdə keçiriləcək. Qarşılaşma saat 23:00-da start götürəcək.
Bizi Facebook-da izləyin



