Amorim: “Kazemironu digər futbolçulara nümunə göstərirəm”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim futbolçularına kimdən nümunə götürməli olduqlarını açıqlayıb.

Komanda.az “The Touchline”-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, xüsusilə, 33 yaşlı yarımmüdafiəçi Kazemironun əzmkarlığını yüksək qiymətləndirib:

“Mən Kazemironu digər futbolçulara nümunə göstərirəm. O, bir vaxtlar start heyətindəki yerini itirdi, amma mübarizəni dayandırmadı və sonda yenidən əsas heyətə qayıtdı. Bu, oyunçulara göstərir ki, hər kəsin şansı var və mən hamıya ədalətli yanaşıram”.

Braziliyalı futbolçu 2022-ci ildə “Real”dan “Mançester Yunayted”ə keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button