Amorimdən komandasının start heyətinin mətbuata sızmasına reaksiya
“Mançester Yunayted”in start heyəti matçlar başlamazdan xeyli əvvəl internetə sızmağa başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın portuqaliyalı baş məşqçisi Ruben Amorim buna münasibət bildirərkən belə deyib:
“Mən bu hekayəni bilirəm. Düşünmürəm ki, bu günlərdə bununla bağlı heç nə etmək olmaz. Bunu başa düşmək çətindir və çox sağlam deyil, amma davam edək. Gəlin görək, növbəti matç üçün start 11-liyimizi tapa biləcəklərmi?”
“Mançester Yunayted” dekabrın 19-da Liqa kuboku matçında “Tottenhem”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin