Amorimdən türk futbolçu ilə bağlı açıqlama

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim qapıçı mövqeyindəki vəziyyətə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, türk qolkiper Altay Bayındırdan böyük gözləntilərinin olduğunu vurğulayıb:

“Biz klubda sabitlik yaratmağa çalışırıq ki, yeni oyunçular inkişaf etsin. Keçmişdə də görmüşük ki, dünya səviyyəli futbolçular – məsələn, Xuan Sebastyan Veron komandaya uyğunlaşmaqda çətinlik çəkirdi. Bir vaxtlar isə klub uzun müddət etibarlı qapıçı axtarırdı, sonra isə Edvin van der Sar gəldi və bu mövqe ilə bağlı problem həll olundu.

İndi fərqli vəziyyətdir, çox titul qazanmadığımız üçün təzyiq daha böyükdür. Amma tarixi oxşarlıqlar var. Ümid edirəm ki, Altay Bayındır da Van der Sar kimi etibarlı çıxış edəcək. Gələcəkdə bu mövqedə rəqabət görəcəyik. Biz qapıçılara daha yaxşı olmağa kömək etməyə çalışırıq”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button