Amorim: “Ten Haq və Van Nistelroy məndən daha yaxşı iş gördülər”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim sələflərinin işini qiymətləndirib.

Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı mətbuat konfransında bunları deyib:

“Erik ten Haq və Ruud Van Nistelroy bu komanda ilə məndən daha yaxşı iş gördülər. Mən çox qürurlu oğlan olduğum üçün bunu demək çətindir, amma normal qəbul edirəm. Mənim üçün bunda pis heç nə yoxdur”.

“Qırmızı şeytanlar” cari mövsümə oktyabrın sonunda qovulan Erik ten Haqın rəhbərliyi altında başlayıb. Müvəqqəti məşqçi rolunu qısa müddətə Amorimin noyabrda gəlişindən sonra klubu tərk edən Ruud van Nistelroy yerinə yetirib.

Nistelroy İngiltərə kubokunun bugünkü matçında “Mançester Yunayted”lə qarşılaşacaq “Lester”in başına keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button