
4-cü divizion komandasına uduzan baş məşqçi: “Təəssüf ki, vəziyyət dəyişmir”
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın uğursuz çıxışını taktika ilə əlaqələndirməməyi xahiş edib.
“Qırmızı şeytanlar” dünən İngiltərə kubokunun 1/32 finalında dördüncü divizion təmsilçisi “Qrimzbi”yə penaltilərdə uduzublar. Əsas vaxt 2:2 hesabı ilə yekunlaşıb, ancaq penaltilərdə məğlubiyyət qaçılmaz olub.
Komanda.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı “United Zone”-ya açıqlamasında problemin sxemdə olmadığını bildirib:
“Sxemi dəyişmək? Problem sxemdə deyil! Biz bu sxemlə “Arsenal” və “Liverpul” qarşısında yaxşı çıxış etdik, eyni sxemlə Avropa Liqasının finalına yüksəldik. Formasiyanın heç bir önəmi yoxdur. Dörd müdafiəçi ilə də, beşlə də oynaya bilərik. Əsas məsələ yaxşı tərəfə dəyişməkdir – bu, məşqçinin işi olmalıdır. Təəssüf ki, vəziyyət dəyişmir”.
Amorim ötən ilin noyabrından etibarən “Mançester Yunayted”i çalışdırır.
Bizi Facebook-da izləyin



