Baş məşqçidən Reşford haqda xoş olmayan sözlər

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın hücumçusu Markus Reşfordla bağlı suala cavab verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçu haqda bunu deyib:

“Hər gün əlindən gələni etməyən bir oyunçudansa, qapıçılar üzrə məşqçiyə üstünlük verərdim. Mən bu baxımdan dəyişməyəcəm”.

27 yaşlı forvard bazar günü Premyer Liqada “Fulhem”lə oyunda (1:0) “qırmızı şeytanlar”ın heyətindən kənarda qalıb.

Reşford dekabrın ortalarından bəri oynamır. Görünür, o, qış transfer pəncərəsi bağlanana qədər klubu tərk edəcək. Daha əvvəl “Barselona”nın Reşfordla maraqlandığı barədə şayiələr yayılsa da, Kataloniya klubu maliyyə məhdudiyyətləri səbəbindən keçidi tamamlamaqda çətinlik çəkəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button