Baş məşqçidən klubunu dəyişəcəyi deyilən Reşfordla bağlı açıqlama
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim, Markus Reşfordun yanvardakı transfer pəncərəsində klubu tərk etməsinin hər iki tərəf üçün daha yaxşı olub-olmayacağı ilə bağlı sualı cavablandırıb.
Komanda.az “Sky Sports”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Reşfordun növbəti oyuna hazırlaşacağını bildirib:
“Sabah məşqimiz var. O, məşq edib, növbəti oyuna hazırlaşacaq. Reşford “Mançester Yunayted”in futbolçusudur. Bizim sahib olduğumuz hər bir oyunçunun klubda gələcəyi var”.
“Mançester Yunayted”in son iki oyununda Reşford heyətə daxil edilməyib. O, bu həftənin əvvəlində peşəkar karyerasında yeni çağırışa hazır olduğunu açıqlamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin