Amorim argentinalı futbolçudan narazıdır
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim Alexandro Qarnaçonun perspektivi ilə bağlı fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Qarnaçonun topsuz oynamağı daha yaxşı bacardığını bildirib:
“Qarnaçonun “Mançester Yunayted”də uğurlu gələcəyi mümkündürmü? Onun istedadlı olduğu aydındır. Amma o, fərqli mövqedə oynamağı, mərkəzə keçəndə daha yaxşı hərəkət etməyi öyrənməlidir. O, topsuz oynamağı daha yaxşı bacarır, ancaq müdafiə olunarkən bəzən hücuma çıxanda səhv mövqedə olur”.
20 yaşlı futbolçu portuqaliyalı məşqçinin rəhbərliyi altında heç də həmişə “qırmızı şeytanlar”ın əsas heyətinə düşə bilmir.
Son vaxtlar mətbuatda argentinalı hücumçunun “Napoli”yə mümkün transferi ilə bağlı söz-söhbətlər gəzir.
Bizi Facebook-da izləyin