Amorimin psixoloji problemləri yaranıb

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandasının son uğursuzluqları ilə mübarizə aparır.

“Qırmızı şeytanlar” sentyabrın 27-də Premyer Liqada “Brentford”a 1:3 hesabı ilə uduzaraq növbəti məğlubiyyətini aldı. Komanda hazırda turnir cədvəlinin 14-cü pilləsində qərarlaşıb.

Komanda.az “Centredevils”-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis psixoloji problemlərlə üzləşib:

“Old Trafford”da keçirdiyi vaxt Amorimi əqli cəhətdən sarsıdıb və indi o, “keçmiş mənliyinin kabusu” kimi görünür. Onu klub daxilində “tənha adam” kimi qələmə verirlər”.

Ruben Amorim bu posta keçən ilin noyabrında Lissabon “Sportinq”indən keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button