Amorim onu komandasının gələcəyi hesab edir

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Kobbi Mainuya hələ də inanır.

20 yaşlı futbolçu hazırda əsas heyətdə yerini itirsə də, portuqaliyalı mütəxəssis onun üzərində xüsusi işləyir.

Komanda.az “UtdDistrict”-ə istinadən xəbər verir ki, Amorim, Mainunun müdafiə bacarıqlarını artırmağa çalışır. Məqsəd onun Bruno Fernandeslə mərkəzdə duet təşkil edə bilməsidir.

Amorim ingiltərəli futbolçunun texniki imkanlarını yüksək qiymətləndirir və çatışmazlıqlarına baxmayaraq, onu komandanın gələcək oyunçularından biri hesab edir.

Mainu yayda daha çox oynamaq üçün icarəyə getmək istəsə də, klub buna icazə verməmişdi. Buna baxmayaraq, onun gələcəyi ilə bağlı söz-söhbətlər səngimək bilmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button