
Şou Avropa Liqası matçında oynayacaq?
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim müdafiəçi Luk Şounun Avropa Liqasının yarımfinalında “Atletik”ə qarşı oynaya biləcəyini açıqlayıb.
Şou fevralda aldığı zədədən sonra ilk dəfə “Bornmut”la (1:1) matçda meydana çıxıb və oyunda 90 dəqiqə iştirak edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis, Şounun oyun təcrübəsinin komanda üçün böyük əhəmiyyət kəsb etdiyini bildirib:
“Bu, çox vacibdir. Biz ona qarşı ehtiyatlı olmalıyıq. Amma o, xüsusilə, qırmızı vərəqə sonrası sol cinahda çox yük götürdü. Şou yaxşı ötürmələr edir. Buna görə də bizə Luk Şou lazımdır”.
Amorim Şounun Avropa Liqasının növbəti oyununda iştirak edib-etməyəcəyi ilə bağlı ehtiyatlı olduğunu deyib:
“Bu, çətindir, çünki Luk Şou son matçda 90 dəqiqə oynayıb. O, ehtimal ki, komandada olacaq, amma güman edirəm ki, oyuna start heyətində başlamayacaq. Biz onunla ehtiyatlı olmalıyıq”.
İngiltərəli futbolçu 2014-cü ildən “Mançester Yunayted”də çıxış edir və klubla müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.
Bizi Facebook-da izləyin



