
Amorim Mainuya az şans verməsinin səbəbini izah etdi
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yarımmüdafiəçi Kobbi Mainu haqqında fikirlərini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ingilis futbolçunun oynamağa layiq olduğunu deyib:
“Mainunun məşq etdiyini gördüm və o, həqiqətən də oynamağa layiqdir. Lakin onu əsas heyətə daxil etmək üçün bəzi əsas yarımmüdafiəçiləri kənarda qoymalıyam. Hansılar ki, çox yaxşıdırlar”.
20 yaşlı futbolçu bu mövsüm 8 dəfə meydana çıxıb və 1 məhsuldar ötürmə edib.
“Qırmızı şeytanlar” şənbə günü “Tottenhem”lə qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



