
Osimhen gələcək, “Mançester Yunayted”in dərdləri bitəcək?
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim yaxın transfer dönəmində yeni hücumçu ilə müqavilə imzalanacağına ümid edir. Mövsüm ərzində komandanın əsas problemlərindən biri hücumçuların aşağı məhsuldarlığıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı, Viktor Osimheni hücumdakı çətinliklərin həlli üçün ideal futbolçu hesab edir.
Daha əvvəl verilən xəbərlərə görə, “qırmızı şeytanlar” artıq Osimhenlə razılıq əldə edib. Transfer hüquqları “Napoli”yə məxsus olan nigeriyalı forvard icarə əsasında “Qalatasaray”da çıxış edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



